Bosniya və Herseqovinanın Rəyasət Heyətinin üzvü Denis Beçiroviçdən
Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə
Zati aliləri.
Bosniya və Herseqovinanın vətəndaşları adından və şəxsən öz adımdan Sizi Azərbaycan Respublikasının Prezidenti seçkilərində qələbəniz münasibətilə təbrik edirəm.
Uzun illərdir ki, ölkələrimiz arasında səmimiyyət və dostluq üzərində qurulmuş münasibətlər yaxşı əməkdaşlıqla səciyyələnir. İkitərəfli münasibətlərin ümumi maraq doğuran bütün sahələrdə bundan sonra da dostluq ruhunda inkişaf edəcəyinə inandığımı, ölkələrimizin və xalqlarımızın rifahı naminə tərəfdaşlığın qorunub saxlanmasına və genişləndirilməsinə sadiq qaldığımı bildirirəm. Bu xüsusda mən Sizinlə yeni görüşlərimizi və əməkdaşlığımızın davamını səbirsizliklə gözləyirəm.
Zati-aliləri, Sizə və Azərbaycan Respublikasının vətəndaşlarına ən xoş arzularımı və ehtiramımı bildirirəm.
Dərin hörmətlə,
Denis Beçiroviç
Bosniya və Herseqovinanın Rəyasət Heyətinin üzvü
Omanın Sultanı Əlahəzrət Heytəm bin...
İşa Xeyriyyə Fondunun təsisçisi...
Fələstin Dövlətinin Prezidenti...
Kambocanın Kralı Əlahəzrət Norodom...
Özbəkistan Respublikasının Prezidenti...