22 noyabr 2024, cümə Bakı, 14°C
IMG-LOGO

Bolqarıstan və Rumıniya Şengen zonasına qoşuldu

31-03-2024

Bolqarıstan və Rumıniya Avropa İttifaqının  Şengen vizasız səyahət zonasına daxil edilib.

AB Komissiyasının sədri Ursula von der Leyen Bolqarıstan və Rumıniyanın Şengenə qoşulduğunu və bu gündən etibarən hava və dəniz sərhədlərinə nəzarətin ləğv edildiyini açıqlayıb. O, bunun bütün Avropada milyonlarla vətəndaşa fayda verəcəyini və Şengen zonasını daha da gücləndirəcəyini bildirib.

AB Komissiyasının daxili işlər üzrə məsul üzvü Ylva Johansson da növbəti mərhələdə quru sərhədlərində nəzarətin aradan qaldırılacağını və bunun il boyu üzv dövlətlər arasında danışıqlarda müzakirə ediləcəyini bildirib.

Qeyd edək ki, Rumıniya və Bolqarıstan 2007-ci ildə Avropa İttifaqına üzv olublar.Avstriya nizamsız miqrasiyanın arta biləcəyindən narahat olaraq uzun müddətdir ki, iki ölkənin Şengenə daxil edilməsinə qarşı çıxıb. Razılaşma ötən ilin sonunda əldə olunub.

Paylaş: