4 dekabr 2024, çərşənbə Bakı, 7°C
IMG-LOGO

Beynəlxalq Ədalət Məhkəməsində Azərbaycanın qaldırdığı etirazlarla bağlı ictimai dinləmələr başa çatıb

19-04-2024

İrqi ayrı-seçkiliyin bütün formalarının ləğv edilməsi haqqında Beynəlxalq Konvensiyanın (Ermənistan Azərbaycana qarşı) tətbiqi ilə bağlı iş üzrə Azərbaycanın Beynəlxalq Ədalət Məhkəməsində qaldırdığı ilkin etirazlara dair ictimai dinləmələr aprelin 19-da başa çatıb.

Fhnews.az məhkəmənin saytına istinadla xəbər verir ki, aprelin 15-də başlayan dinləmələrdə Azərbaycan nümayəndə heyətinə xarici işlər nazirinin müavini Elnur Məmmədov, Ermənistan nümayəndə heyətinə isə Ermənistanın beynəlxalq hüquqi məsələlər üzrə nümayəndəsi Yeğiş Kirakosyan rəhbərlik ediblər.

Paylaş: