Belçikada pilotların tətilinin vaxtı məlum olub
Belçikanın “Brussels Airlines” şirkətinin rəhbərliyi ilə həmkarlar ittifaqları arasında danışıqlar nəticəsiz başa çatıb.
Fhnews.az “Belga” agentliyinə istinadla xəbər verir ki, pilotlar tələbləri yerinə yetirilmədiyi üçün 27-30 mart tarixlərində tətil edəcəklər.
Həmkarlar ittifaqları bildirir ki, pandemiya dövründə əməkdaşlar böyük fədakarlıq göstərib, maaşlarının azaldılmasına və iş saatlarının artırılmasına etiraz etməyiblər. Hazırda müəssisə gəlirlə işlədiyi üçün işçilər də bundan bəhrələnməlidir.
Aviaşirkət rəhbərliyi Pasxa bayramı dövründə tətil keçirilməsini məsuliyyətsiz addım kimi dəyərləndirib.
Osman Həmdi bəyin tablosu Parisdə 571...
Ekspertin çağırışı: "Tsunami Türkiyənin...
Marsın peykləri üçün iki nəzəriyyə:...
Çanaqqalada aparılan qazıntılar zamanı...
Finlandiyada çovğun 70 min evi...