22 noyabr 2024, cümə Bakı, 14°C
IMG-LOGO

Barselonada 19-cu əsrə aid şokolad fabriki tapıldı

26-02-2024

İspaniyanın Barselona şəhərində 19-cu əsrə aid şokolad fabrikinin xarabalıqları aşkar edilib. Orta əsr malikanəsində yerləşən emalatxanada vaxtilə şokolad və desertlər hazırlanıb. Barselonada bir obyektdə tikinti zamanı aşkar edilən konstruksiya katalon şokolad şirkəti Clemente Guardia ilə bağlıdır.

Barselona Arxeoloji Xidmətinin verdiyi açıqlamaya görə, emalatxana bir vaxtlar həm yerli sakinlər, həm də turistlər üçün desertlər hazırlayıb. Şokoladçı İspaniya imperiyası ərazisində məhsullarını satan Barselonanın zəngin insanlarından biri olub.

Lakin sözügedən binanın emalatxanadan əvvəlki tarixi var. O, əvvəlcə 14-cü əsrə aid orta əsr malikanəsi idi. Arxeoloqlar bu dövrə aid divarları, tağları və qapıları diqqətlə sənədləşdirmişlər.Daha sonra malikanə 15-16-cı əsrlər arasında Hostal de Sant Pere kimi tanınan pansionat kimi fəaliyyət göstərib. 

Nəhayət, 18-ci əsrin əvvəllərində üç mülkə bölünüb.Arxeoloqlar bölgədən tapılan yeddi iri keramika qabın bu dövrə aid olduğunu düşünürlər, lakin onların məzmunu hələ müəyyən edilməyib.

Paylaş: