22 noyabr 2024, cümə Bakı, 14°C
IMG-LOGO

Baltimor şəhərində uçan körpünün qalıqları nəzarətli şəkildə partladılıb

14-05-2024
IMG

ABŞ-nın Merilend ştatında yük gəmisi tərəfindən vurularaq dağılan Frensis Skott Key körpüsünün qalıqları nəzarətli şəkildə partladılıb.“BBC news” xəbər verir ki, martın 26-da ölən sonuncu işçinin cəsədi çayda tapıldıqdan sonra Frensis Skott Key körpüsünün qalıqları idarə olunan partlayış nəticəsində tamamilə dağılıb və suya basdırılıb.

Liman rəsmiləri texniki nasazlıq üzündən Francis Scott Key körpüsünə çırpılan və çökən körpünün dağıntıları altında qalan “Dali” yük gəmisinin iki gün ərzində Baltimor limanına çəkilməsinin planlaşdırıldığını açıqlayıb.

ABŞ Sahil Mühafizəsi rəsmisi kontr-admiral Şennon Gilreath bildirib ki, körpünün dağıntıları götürüldükdən sonra çayda yekun müayinə aparılacaq və dəniz nəqliyyatı məhdud giriş üçün yenidən açılacaq.

Merilend ştatının rəsmiləri uçan körpünün yenidən qurulmasının 4 il çəkəcəyini və 1,9 milyard dollara başa gələcəyini hesab edirlər.Francis Scott Key körpüsünün uçmasından sonra ştatda fövqəladə vəziyyət elan edilib. Hadisə zamanı körpüdə təmir işləri aparan 8 inşaatçıdan 2-ni xilas edən qruplar qəzada həyatını itirən 6 fəhlənin cəsədini çayda tapıblar.

Paylaş: