Bakıda NATO-nun Birgə Qüvvələr Komandanlığı “Hərbi tibb kursu” keçirir
Azərbaycan Respublikası Müdafiə Nazirliyinin NATO ilə 2024-cü il üçün Fərdi Tərəfdaşlıq üzrə Əməkdaşlıq Proqramına əsasən, Brunssum Birgə Qüvvələr Komandanlığının mobil təlim qrupu tərəfindən hərbi həkimlərin iştirakı ilə “Hərbi tibb kursu” keçirilir.
Fhnews.az xəbər verir ki, Müdafiə Nazirliyinin mətbuat xidmətidən verilən məlumata görə, Milli Müdafiə Universitetində keçirilən kursda iştirakçılara mobil təlim qrupu tərəfindən “NATO-nun tibbi dəstəyi”, “Hərbi tibbi planlaşdırma” və “Tibbi təxliyənin planlaşdırma”sı və digər mövzularında məruzələr təqdim olunur.
Cari il mart ayının 1-dək davam edəcək kursun keçirilməsində əsas məqsəd tibb ixtisaslı hərbi qulluqçuların üzərinə düşən tibbi təminat tapşırıqlarının dövrün tələbləri çərçivəsində qurulmasını təmin etmək, eləcə də hərbi tibb sahəsində yeniliklərin tətbiqini sürətləndirməkdir.
Müdafiə naziri: Ordunun gücü və...
Hərbi qulluqçularımız Səudiyyə...
Azərbaycan ilə Pakistan arasında hərbi...
Dəniz xüsusi təyinatlıları...
Müdafiə Sənayesi Nazirliyinin nümayəndə...