Azərbaycanın müdafiə naziri İordaniya Kralı ilə görüşüb
İordaniya Haşimilər Krallığında rəsmi səfərdə olan Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov İordaniya Kralı Əlahəzrət II Abdullah ibn Al Hüseyn ilə görüşüb.
Fhnews.az xəbər verir ki, Müdafiə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, müdafiə naziri Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin salamlarını və Kral II Abdullaha ünvanlanmış ölkəmizin ev sahibliyi edəcəyi BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) dəvət məktubunu qarşı tərəfə çatdırıb.
Görüşdə İordaniya ilə bir çox sahələrdə olduğu kimi hərbi sahədə də əməkdaşlığın vacibliyi vurğulanıb.
Müdafiə naziri: Ordunun gücü və...
Hərbi qulluqçularımız Səudiyyə...
Azərbaycan ilə Pakistan arasında hərbi...
Dəniz xüsusi təyinatlıları...
Müdafiə Sənayesi Nazirliyinin nümayəndə...