Azərbaycanın Baş naziri Əli Əsədov ilə Qırğızıstan Nazirlər Kabinetinin sədri Akılbek Japarov arasında telefon danışığı olub
Fevralın 16-da Qırğız Respublikası Nazirlər Kabinetinin sədri Akılbek Japarov Azərbaycan Respublikasının Baş naziri Əli Əsədova telefonla zəng edib.
Fhnews.az xəbər verir ki, Nazirlər Kabinetinin mətbuat xidmətindən verilən məlumata görə, Akılbek Japarov Əli Əsədovu Azərbaycan Respublikasının Baş naziri təyin olunması münasibətilə təbrik edib.
Söhbət zamanı Azərbaycan ilə Qırğızıstan arasında strateji tərəfdaşlığın hərtərəfli inkişafından məmnunluq ifadə olunub.
Tərəflər Azərbaycan-Qırğızıstan qarşılıqlı faydalı əməkdaşlığının inkişaf perspektivlərini də müzakirə ediblər.
Milli Məclisin növbəti iclasının...
Ermənistan ordusu tərəfindən Başlıbel...
Başlıbel faciəsinin şahidi: Ermənistan...
Bəhreynin xarici işlər naziri...
Azərbaycanın NATO yanında...