23 noyabr 2024, şənbə Bakı, 13°C
IMG-LOGO

Azərbaycan ilə Türkiyə arasındakı əməkdaşlıq bölgədəki sabitliyi təmin edən əsas amillərdəndir

06-03-2024

Martın 6-da qardaş ölkədə rəsmi səfərdə olan Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənovun rəhbərlik etdiyi nümayəndə heyəti Türkiyə Respublikasının Silahlı Qüvvələrin Baş Qərargah rəisi ordu generalı Metin Gürak ilə görüşüb.

Fhnews.az xəbər verir ki, Müdafiə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, görüşdə Azərbaycan-Türkiyə münasibətlərinin dostluq və qarşılıqlı inam üzərində qurulduğu qeyd edilib, ölkələrimiz arasında mövcud olan əməkdaşlığın bölgədəki sabitliyi təmin edən əsas amillərdən biri olduğu vurğulanıb.

Sonda Azərbaycan ilə Türkiyə arasında hərbi əməkdaşlığın inkişaf perspektivləri və qarşılıqlı maraq doğuran bir sıra məsələlər müzakirə olunub.

Paylaş: