Argentina: Zəruri əşyaların və dərmanların qiymətində kəskin artım
Argentinanın Milli Statistika və Əhalinin Siyahıyaalınması İnstitutunun (INDEC) məlumatına görə, bu ölkədə inflyasiya ötən ilin yekunlarına görə 211,4 faiz təşkil edib. Bu, 30 ildən artıq müddət ərzində ən pis nəticədir. 2023-cü ilin dekabrında istehlak qiymətləri noyabrdakı 12,8 faizlə müqayisədə 25,5 faiz artıb. “Financial Times” Beynəlxalq Valyuta Fondunun proqnozlarına əsasən 2024-cü ildə Argentina iqtisadiyyatının 2,5 faiz azalacağını bildirir.
Fhnews.az Braziliya mediasına istinadla xəbər verir ki, koronavirus pandemiyası da Argentinanın səhiyyə sisteminə böyük zərbə vuraraq, təxminən 46 milyon sakini olan ölkədə 129830 nəfərin həyatına son qoyub.
Hazırda Argentinanın dövlət xəstəxanalarında zəruri əşyaların çatışmazlığı müşahidə olunur. Bu, elə bir dərəcəyə çatıb ki, pasiyentdən özü ilə yataq dəsti, xalat, hətta şpris gətirməsi xahiş olunur.
Ölkənin yeni seçilmiş başçısı Xavyer Miley maliyyə böhranı ilə yanaşı, əhalinin artmasının fəsadları və yeni texnologiyaların daim tətbiqi və tibb materialları problemləri ilə üzləşib.
2023-cü ilin sonlarından bəri ölkədə dərman və tibbi sığorta qiymətlərinin artması qeydə alınıb. Artım çox yüksək olub.
Argentina Əczaçılıq Mütəxəssisləri Mərkəzinin məlumatına görə, 2023-cü il noyabrın 1-dən dekabrın 15-dək olan dövrdə dərmanların qiymətində artım orta hesabla 85 faiz təşkil edib. INDEC-in məlumatına görə, 2024-cü ildə qiymətlər 308 faiz artaraq, inflyasiya səviyyəsini üstələyib.
Ekspertlərin fikrincə, Argentinanın səhiyyə sistemi çox ciddi böhran vəziyyətindədir. Bu böhran yeni başlamayıb və təkcə indiki hökumətlə əlaqədar deyil, əksinə son onilliklər ərzində inkişaf edib, lakin dönüş məqamına yetişib. Bu böhranın xarici təyinedici amilləri var ki, bunlar da Argentinadakı makroiqtisadi böhranla bağlıdır. Ölkədə böhranlar xərclərin artımı və səhiyyə sisteminin səmərəli mövcudluğu üçün bu gün lazım olan yeni texnologiyalarla ayaqlaşmağa mane olur.
Argentinada ÜDM-nin təxminən 10,8 faizi səhiyyə sahəsinin xərclərinə sərf edilir. Bu, Cənubi Amerikanın bir çox ölkəsi ilə müqayisədə xeyli yuxarı olsa da, göstəricilər baxımından nəticələr gözlənildiyindən xeyli aşağıdır.
Osman Həmdi bəyin tablosu Parisdə 571...
Ekspertin çağırışı: "Tsunami Türkiyənin...
Marsın peykləri üçün iki nəzəriyyə:...
Çanaqqalada aparılan qazıntılar zamanı...
Finlandiyada çovğun 70 min evi...