22 noyabr 2024, cümə Bakı, 14°C
IMG-LOGO

Ərdoğan: Çanaqqala zəfəri bir çox xalqları mübarizəyə ruhlandırıb

18-03-2024

Dövrünün ən müasir orduları Türkiyə əsgərlərinin şücaəti və qəhrəmanlığı qarşısında geri çəkildi. Anadolu sakinlərinin rəşadəti müdaxiləçilərin Çanaqqala boğazına (Dardanel) gedən yolunu kəsdi.

Fhnews.az xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Çanaqqala döyüşünün dəniz hissəsində qazanılan qələbənin 109-cu ildönümü ilə əlaqədar müraciətində deyilir.

Türkiyənin dövlət başçısı milli qurtuluş mübarizəsi, Kiprdə sülhməramlı əməliyyatlar zamanı, 2016-cı il 15 iyul hadisələri də daxil olmaqla, ölkənin mənafeyi naminə şəhid olmuş bütün vətən övladlarının xatirəsini ehtiramla yad edib.

“Çanaqqala qəhrəmanlarının mətanət ruhu sonrakı nəsillər üçün ilham mənbəyi olub. Çanaqqalada işğalçılar üzərində qələbə bir çox xalqları ruhlandırıb, müxtəlif ölkələrdə müstəmləkə zülmü ilə mübarizə üçün qığılcım olub”, - deyə Türkiyə lideri qeyd edib.

Türkiyə prezidenti Çanaqqala zəfərini türk xalqlarının əbədi birlik və qardaşlığının rəmzi adlandırıb.

Ərdoğan Mustafa Kamal Atatürkün, onun yoldaşlarının, eləcə də 1915-ci il hərbi əməliyyatlarının bütün iştirakçılarının xatirəsini bir daha ehtiramla yad edib.

Paylaş: