Almaniyada məktublar təyyarə ilə daşınmayacaq
Almaniya Poçt İdarəsi 63 ildən sonra gecə saatlarında ölkə daxilində təyyarə ilə məktubların daşınması təcrübəsinin dayandırıldığını açıqlayıb.
Deutsche Post tərəfindən edilən açıqlamada təyyarələrin son dəfə məktub daşımaq üçün Ştutqart-Berlin, Hannover-Münhen və Hannover-Ştutqart istiqamətində havaya qalxdığı və davamlılıq üçün gələcəkdə bu marşrutlardakı məktubların yalnız quru yolu ilə daşınacağı qeyd edilib.
Belə ki, Deutsche Post-un bu əlaqələrdə daşınma zamanı yaranan karbon qazının miqdarının 80 faizdən çoxunu azaldacağı bildirilib.
DHL Qrupunun Poçt və Paket Departamentinin Əməliyyatlar Müdiri Marc Hitschfeld Almaniyada məktubların hava daşımalarının sona çatmasının ətraf mühit üçün önəmli olduğunu vurğulayıb.
Xatərladaq ki, məktubların ünvanlarına sürətlə çatdırılmasını təmin etmək üçün 1 sentyabr 1961-ci ildə Almaniya daxilində məktubların hava yolu ilə daşınmasına başlanılmışdı.
Deutsche Post 1996-cı ildə tərəfdaş hava yollarına məxsus 26 təyyarə ilə 45 istiqamətə 430 ton məktub daşıdığı halda, son vaxtlar Ştutqart-Berlin, Hannover-Münhen və Hannover-Ştutqart marşrutlarında 6 təyyarə ilə 53 tona qədər azalıb.
Osman Həmdi bəyin tablosu Parisdə 571...
Ekspertin çağırışı: "Tsunami Türkiyənin...
Marsın peykləri üçün iki nəzəriyyə:...
Çanaqqalada aparılan qazıntılar zamanı...
Finlandiyada çovğun 70 min evi...