22 noyabr 2024, cümə Bakı, 14°C
IMG-LOGO

Alimlər beyində yeni yaddaş mexanizmi aşkar ediblər

08-05-2024
IMG

Los-Ancelesdəki Kaliforniya Universitetindən olan amerikalı alimlər bu vaxtadək naməlum olan yaddaş mexanizmi aşkar ediblər. O, xatirələr yaradır və yuxu zamanı fəaliyyət göstərərək orqanizmin metabolik itkilərini azaldır.

Fhnews.az xarici mediaya istinadla xəbər verir ki, tədqiqat “Nature Communications” (“NatComms”) elmi jurnalında dərc edilib.

Araşdırmaya əsasən, yaddaşın yeni növ vəziyyəti beynin entorinal qabıq adlanan mərkəzi hissəsi ilə əlaqəlidir. Bu hissə demensiya növlərindən biri – Alzheimer xəstəliyinin inkişafı ilə də əlaqəlidir.

Komanda entorinal qabığın neyronlarının membran potensialını ölçüb, beynin entorinal qabığa siqnal ötürən hissəsini - əmgək qabığının fəallığını da dəyərləndirib.

Müəlliflər müşahidə ediblər ki, əmgək qabığından gələn siqnallar insanın yatdığı zaman beyin çərçivəsində “yandırılıb” və “söndürülüb” rejimləri arasında müəyyən fasilədən sonra dəyişir.

Eyni zamanda, entorinal qabıqda fəallıq hətta yuxu zamanı da qorunub saxlanılır, su üzərindəki dalğalar kimi enib-qalxır. Alimlər yaddaşın bu növ mövcudluğunu “öz-özünə əmələ gələn daimi hərəkətsizlik” adlandırıblar.

Komanda araşdırıb ki, entorinal qabığın fasiləsiz hərəkəti orqanizmin enerjisini demək olar sərf etmir və bununla yanaşı, insana əlçatan olan yaddaş həcmini iki dəfə artırır.

Tədqiqatçılar hesab edir ki, Alzheimer xəstəliyi zamanı və demensiyanın digər formalarında əmələ gələn koqnitiv pozulmalar onların aşkarladıqları yaddaş mexanizmi ilə bağlı ola bilər.

Paylaş: