22 noyabr 2024, cümə Bakı, 14°C
IMG-LOGO

Əfqanıstanda daşqınlar nəticəsində 99 nəfər ölüb

20-04-2024

Əfqan mətbuatında yer alan xəbərlərə görə, daşqınlar nəticəsində  ən çox Qəzni, Paktiya, Cüzcan, Fərəh, Samanqan, Pervan, Hilmend və Nəngerhar əyalətlərində can və mal itkisi olub.Əfqanıstan müvəqqəti hökumətinin Təbii Fəlakətlər üzrə Dövlət Nazirliyinin sözçüsü Molla Canan Saik son 4 gündə ən azı 29 nəfərin həyatını itirdiyini açıqlayıb.

Bəzi rayonlarda yağıntıların həddindən artıq yağması nəticəsində baş verən sürüşmələrdə də insan tələfatı olub.
“TOLO News” kanalının məlumatına görə, son iki həftədə ölkə daxilində baş verən daşqınlar nəticəsində 99 nəfər ölüb, 60-dan çox insan isə yaralanıb.

Əfqanıstan meteorologiya qurumu xüsusilə ölkənin mərkəzi və şimal-şərq bölgələrində həddindən artıq yağış və daşqın ehtimalı barədə xəbərdarlıq edib.

Əfqanıstanda qış aylarında havaların isinməsi ilə yağan qarın əriməsi, leysan yağışlar və infrastrukturun qeyri-kafi olması nəticəsində baş verən daşqınlar can və mal itkisinin artmasına səbəb olur.Buna görə  hər il yüzlərlə insan həyatını itirir.

Paylaş: