Əfqanıstanda daşqınlar 311 nəfərin həyatına son qoyub
Əfqanıstanın şimal-şərqindəki Baqlan əyalətində daşqınlar nəticəsində azı 311 nəfər ölüb.
Fhnews,az xəbər verir ki, bu barədə AFP BMT-nin Ümumdünya Ərzaq Proqramına istinadla məlumat yayıb.
Bundan əvvəl “Reuters” agentliyi Əfqanıstan hökumətinin Daxili İşlər Nazirliyinə istinadla 151 nəfərin öldüyünü bildirmişdi.
Beynəlxalq Miqrasiya Təşkilatının sözçüsü bildirib ki, 2 mindən çox ev dağılıb. Ölkənin şimal-şərqində axtarış-xilasetmə işləri davam edir.
Qeyd edək ki, mayın 10-da Əfqanıstanda güclü yağışlar nəticəsində daşqınlar baş verib.
Fatih Sultan Mehmet körpüsü mavi rənglə...
Filippində Kanlaon vulkanı püskürüb...
Egey dənizində 4,9 bal gücündə zəlzələ...
İstanbulda 3,8 bal gücündə zəlzələ baş...
Çin rabitə texnologiyalarını sınamaq...