ABŞ-da təyyarə qəzası nəticəsində bir neçə nəfər ölüb
ABŞ-ın Tennessi ştatının cənubundakı Neşvill şəhərində birmotorlu təyyarənin qəzaya uğraması nəticəsində bir neçə nəfər həlak olub.
Fhnews.az ABC news telekanalına istinadla xəbər verir ki, pilot qəzadan öncə təyyarənin mühərrikində nasazlıq yarandığını bildirib. Daha sonra təcili eniş etməyə çalışarkən təyyarə yerə çırpılıb.
Neşvill Yanğınsöndürmə Departamentinin məlumatına görə, təyyarə zərbədən partlayıb və qəzadan heç kim sağ qurtara bilməyib. Federal Aviasiya Administrasiyası və Milli Nəqliyyat Təhlükəsizliyi Şurası hadisə ilə bağlı təhqiqata başlayıb.
Hazırda təyyarədə olanların şəxsiyyətinin və sayının müəyyənləşdirilməsi ilə bağlı işlər aparılır.
Osman Həmdi bəyin tablosu Parisdə 571...
Ekspertin çağırışı: "Tsunami Türkiyənin...
Marsın peykləri üçün iki nəzəriyyə:...
Çanaqqalada aparılan qazıntılar zamanı...
Finlandiyada çovğun 70 min evi...