Yunanıstanda 6 bal gücündə zəlzələ olub
Yunanıstanın cənubunda yerli vaxtla təxminən səhər saat 09:12-də Rixter cədvəli üzrə 6 bal gücündə zəlzələ baş verib. Yeraltı təkanlar bütün bölgədə hiss edilib.
Fhnews.az xəbər verir ki, Avropa Aralıq dənizi Seysmoloji Mərkəzinin məlumatına görə, yeraltı təkanların episentri Pirqosdan 56 kilometr cənub-qərbdə yerləşib.
Hələ ki, dağıntılar və tələfat barədə məlumat verilmir. Müvafiq orqanlar hazırda Yunanıstan sahilləri boyunca potensial sunami riskini qiymətləndirirlər.
Aktiv seysmik zonada yerləşən Yunanıstan tez-tez zəlzələlərlə üzləşir. Xoşbəxtlikdən onların əksəriyyəti minimal zərər və itkilərlə ötüşür.
Fatih Sultan Mehmet körpüsü mavi rənglə...
Filippində Kanlaon vulkanı püskürüb...
Egey dənizində 4,9 bal gücündə zəlzələ...
İstanbulda 3,8 bal gücündə zəlzələ baş...
Çin rabitə texnologiyalarını sınamaq...