Yaponiyada futbol oynayan 18 məktəblini ildırım vurub
Yaponiyada futbol üzrə təlim-məşq toplanışı zamanı məktəbliləri ildırım vurub.
Fhnews.az xarici mediaya istinadla xəbər verir ki, bədbəxt hadisə aprelin 3-də Miyadzaki şəhərində universitetin ərazisində yerləşən futbol meydançasında baş verib. İki məktəbin şagirdləri şimşək çaxanda futbol oynayırdılar. Hadisə nəticəsində 18 şagird xəsarət alıb və xəstəxanaya yerləşdirilib. Onlardan ikisi ürək tutması keçirib və reanimasiyaya yerləşdirilib, vəziyyətləri ağır olaraq qalır.
Qeyd olunur ki, ildırım Tayvan yaxınlığında 7,5 bal gücündə güclü zəlzələ baş verəndən bir neçə saat sonra gənc futbolçuları vurub.
Fatih Sultan Mehmet körpüsü mavi rənglə...
Filippində Kanlaon vulkanı püskürüb...
Egey dənizində 4,9 bal gücündə zəlzələ...
İstanbulda 3,8 bal gücündə zəlzələ baş...
Çin rabitə texnologiyalarını sınamaq...