Yaponiya hökuməti zəlzələ zamanı dağılan Noto bölgəsinin bərpası üçün lotereya satışına başlayır
Yaponiya hökuməti yanvarın 1-də baş verən güclü zəlzələ nəticəsində xeyli ziyan görmüş Noto bölgəsinin bərpasının maliyyələşdirilməsi üçün 2 lotereyanın satışına başlayır.
Fhnews.az Yaponiya mediasına istinadla xəbər verir ki, Daxili İşlər Nazirliyinin buraxdığı lotereyaların satışından 4 milyard yen (təxminən 26,5 milyon ABŞ dolları) vəsait yığılacağı gözlənilir. Nazir Matsumoto Takeaki əhalini lotereyaları almağa, bununla da Noto bölgəsinin bərpasına dəstək olmağa çağırıb.
Onlayn "QuickOne" lotereyasının satışına aprelin 1-də, "Dream Jumbo" lotereyasının satışına isə mayın 8-dən başlanılacaq.
Qeyd edək ki, yanvarın 1-də Noto yarımadasında baş verən 7,6 bal gücündə zəlzələ nəticəsində 230-dan çox insan ölüb, 43 mindən çox ev dağılıb, infrastruktura ciddi ziyan dəyib.
Fatih Sultan Mehmet körpüsü mavi rənglə...
Filippində Kanlaon vulkanı püskürüb...
Egey dənizində 4,9 bal gücündə zəlzələ...
İstanbulda 3,8 bal gücündə zəlzələ baş...
Çin rabitə texnologiyalarını sınamaq...