Yaponiya Aya iki astronavt göndərmək niyyətindədir
Yaponiya Amerikanın “Artemida” kosmik proqramı çərçivəsində 2028-ci ildən sonra Aya iki astronavtı göndərmək niyyətindədir.
Fhnews.az “Yomiuri” nəşrinə istinadla xəbər verir ki, müvafiq razılaşma Yaponiyanın Baş naziri Fumio Kişida ilə ABŞ Prezidenti Co Bayden arasında aprelin 10-da Vaşinqtonda planlaşdırılan görüşdən sonra rəsmiləşdirilə bilər.
ABŞ “Artemida” proqramı çərçivəsində 2026-cı ildə Amerika astronavtlarını Aya endirməyi planlaşdırır. 2028-ci ildən bu cür ekspedisiyaların mütəmadi olaraq həyata keçirilməsi gözlənilir. Əvvəlcədən razılığa əsasən, Yaponiyanın iki nümayəndəsi bu proqramda iştirak etməlidir.
Qeyd edək ki, 2019-cu il ABŞ Milli Aeronavtika və Kosmik Tədqiqatlar İdarəsi (NASA) üç mərhələdən ibarət “Artemida” proqramı həyata keçirir.
Fatih Sultan Mehmet körpüsü mavi rənglə...
Filippində Kanlaon vulkanı püskürüb...
Egey dənizində 4,9 bal gücündə zəlzələ...
İstanbulda 3,8 bal gücündə zəlzələ baş...
Çin rabitə texnologiyalarını sınamaq...