Venesiyaya ödənişli giriş başlandı
Kanalları ilə məşhur olan İtaliyanın Venesiya şəhərinə gündəlik giriş artıq ödənişlidir. Müraciətin ilk günündə 15 min 700 adam hər biri 5 avro ödəməklə şəhərə daxil ola bilib.
İtaliyanın kanalları ilə məşhur olan tarixi şəhəri Venesiyada gündəlik turist sıxlığına nəzarət etmək üçün gündəlik ziyarətçilərdən giriş haqqının alınması praktikasına başlanılıb. Əhalisi təxminən 50 minə düşmüş Venesiyaya hər il 30 milyona yaxın turistin gəldiyi təxmin edilir. Onların əksəriyyəti gündəlik ziyarətçilərdir. Şəhər tətil dövrlərində kütləvi turizmin mənfi təsirlərinə məruz qaldığı üçün şəhərə giriş pullarının alınması təklifi illərdir müzakirə olunur. Pandemiya səbəbindən bir neçə il təxirə salınan şəhərə ödənişli giriş dünəndən başlayıb.
Dünyada ilk dəfə bir şəhərdə həyata keçirilən giriş ödənişi tətbiqinin ilk günündə qeydiyyatdan keçmiş 80 min adamdan 15 min 700-ü tarixi şəhər mərkəzinə daxil olmaq üçün tələb olunan 5 avroluq ödənişi ödəyib. Tətbiq 29 gün ərzində sınaqdan keçiriləcək.
İtaliyada iyulun ortalarına qədər həftə sonları kimi turistlərin şox olacağı gözlənilən günlərdə şəhərə gündəlik giriş üçün 5 avro ödənəcək. Bu tarixlər arasında şəhərə səfər etmək istəyənlər Venesiya Bələdiyyəsinin internet saytında qeydiyyatdan keçəcək və ödəniş tələb olunarsa QR kodunu oxudacaqlar.
Osman Həmdi bəyin tablosu Parisdə 571...
Ekspertin çağırışı: "Tsunami Türkiyənin...
Marsın peykləri üçün iki nəzəriyyə:...
Çanaqqalada aparılan qazıntılar zamanı...
Finlandiyada çovğun 70 min evi...