Vatikan: Surroqat analıq ümumbəşəri cinayətə çevrilməlidir
Katolik Kilsəsinin baş qərargahı olan Vatikan surroqat analığın uşaqları obyektə çevirdiyini əsas gətirərək bütün dünyada qınamağa və cinayət kimi qadağan etməyə çağırıb.Vatikana bağlı Din Doktrinası Nazirliyi 5 illik araşdırmanın məhsulu olan "Sonsuz Ləyaqət" (Dignitas Infinita) bəyannaməsini ictimaiyyətə açıqlayıb. Bəyannamədə qadınların və uşaqların ləyaqətinin "surroqat analıq" ilə ciddi şəkildə pozulduğu qeyd edilib: "Uşaq həmişə bir hədiyyədir və heç vaxt kommersiya müqaviləsinin əsası ola bilməz. Bu baxımdan qadın və uşaqların ləyaqətinə ciddi xələl gətirən surroqat analıq adlanan təcrübə təəssüf doğurur”.
Bəyannamədə surroqat analıq praktikasının ananın maddi ehtiyacının istismarına əsaslandığı bildirilərək beynəlxalq ictimaiyyəti bu təcrübəni qadağan etməyə çağırılıb.Katoliklərin ruhani lideri Papa Fransisk surroqat analığa qlobal qadağa qoymağa çağırıb.
Qeyd edək ki, İtaliyada Giorgia Meloni başda olmaqla sağçı koalisiya hökuməti də ötən il surroqat analığın universal cinayət hesab edilməsi ilə bağlı qanun layihəsini parlamentə təqdim edib. Parlamentin aşağı palatası olan Nümayəndələr Palatası hökumətin bu təklifini 2023-cü ilin iyulunda təsdiqləyib. Surroqat analıq yolu ilə xaricdə uşaq sahibi olan İtaliya vətəndaşlarının qanuni şəkildə cəzalandırılmasını da nəzərdə tutan sözügedən qanun layihəsinin qanuna çevrilməsi üçün parlamentin yuxarı palatası olan Senatda müzakirə ediləcək.
Osman Həmdi bəyin tablosu Parisdə 571...
Ekspertin çağırışı: "Tsunami Türkiyənin...
Marsın peykləri üçün iki nəzəriyyə:...
Çanaqqalada aparılan qazıntılar zamanı...
Finlandiyada çovğun 70 min evi...