22 noyabr 2024, cümə Bakı, 14°C
IMG-LOGO

ÜST: Oktyabrın 7-dən Qəzzada səhiyyə xidmətlərinə 410 hücum olub

20-03-2024

İsrail ordusunun bombardmanlarını davam etdirdiyi Qəzzada səhiyyə xidmətlərini hədəf alan hücumlarla bağlı ÜST-nin X sosial media platformasında açıqlama verilib.

Təşkilat 2023-cü il oktyabrın 7-dən Qəzza zolağında səhiyyə xidmətlərinə 410 hücumun qeydə alındığını və bu hücumlarda 685 nəfərin öldüyünü, 902 nəfərin yaralandığını bildirib.Hücumlarda 99 səhiyyə müəssisəsi, 104 təcili yardım maşını zərər görüb. 
Açıqlamada bu hücumların 38 faizinin Qəzza şəhərində, 23 faizinin Qəzza zolağının şimalında, 28 faizinin isə Xan Yunusda həyata keçirildiyi qeyd edilib.

Qeyd edək ki, İsrail ordusu martın 18-də səhər saatlarında pilotsuz uçuş aparatları və şiddətli atışmaların müşayiəti ilə Qəzza şəhərinin qərbində yerləşən Şifa xəstəxanasına basqın edib.Ordunun bu səhər verdiyi açıqlamada təzyiqlərin davam etdiyi, indiyədək 90 fələstinlinin həyatını itirdiyi, nəzarətə alınan 160 fələstinlinin sorğu-sual üçün İsrailə aparıldığı bildirilib.

Paylaş: