22 noyabr 2024, cümə Bakı, 14°C
IMG-LOGO

ÜST: Covid-19 insan  ömrünü təxminən 2 il qısaltdı

24-05-2024
IMG

Ümumdünya Səhiyyə Təşkilatı Covid-19 epidemiyası nəticəsində dünyada gözlənilən ömür uzunluğunun təxminən 2 il azaldığını açıqlayıb. ÜST-nin saytında verilən açıqlamada, Covid-19 epidemiyası zamanı dünya üzrə orta ömür uzunluğundakı yaxşılaşmaların və irəliləyişlərin tərsinə çevrildiyi bildirilib. Açıqlamada, 2019-2021-ci illərdə Covid-19 epidemiyası səbəbindən gözlənilən ömür uzunluğunun 1,8 il azalaraq orta hesabla 71,4 yaşa düşdüyü qeyd edilib.

Ümumdünya Səhiyyə Təşkilatının Baş direktoru Tedros Adhanom Ghebreyesus mövzu ilə bağlı verdiyi açıqlamada deyib ki, Covid-19 epidemiyası gözlənilən ömür uzunluğundakı 10 illik artımı cəmi 2 ildə geri çevirib.

Qebreyesus gələcək nəsilləri qorumaq üçün ölkələrin qlobal epidemiya sazişi üzərində razılaşmalı olduğunu vurğulayıb.

Ümumdünya Səhiyyə Təşkilatının "Dünya Səhiyyə Statistikası 2024" hesabatına görə, Amerika qitəsi və Cənub-Şərqi Asiya ölkələri Covid-19 epidemiyasından ən çox təsirlənən yerlərdir. Hesabatda Covid-19-un 2020 və 2021-ci illərdə Amerika qitəsində ən çox görülən ölüm səbəbi olduğu vurğulanıb.

Digər tərəfdən, hesabatda Qərbi Sakit Okean ölkələrinin Covid-19 epidemiyasının ilk iki ilində virusdan minimal təsirləndiyi bildirilib.

Paylaş: