4 dekabr 2024, çərşənbə Bakı, 7°C
IMG-LOGO

Tuvalunun general-qubernatoru, Tonqa Krallığının Baş naziri və Baham Adaları Birliyinin xarici işlər naziri Bakı Kommünikesini qəbul ediblər

16-05-2024
IMG

Xəbər verildiyi kimi, mayın 13-də Tuvalunun general-qubernatoru Falani Tofinqanı, Tonqa Krallığının Baş naziri Savaleni Siaosi Ofa Ki Vahafolau və Baham Adaları Birliyinin xarici işlər naziri Mitçel Frederik Audley qlobal iqlim məsələlərini, o cümlədən hər üç ölkənin COP29-la bağlı prioritetlərini müzakirə etmək məqsədilə Azərbaycanda səfərdə olublar. Prezident İlham Əliyev tərəfindən qəbul edilən nümayəndə heyəti Azərbaycanı COP29 Sədrliyi münasibətilə təbrik edərək, bu şərəfli və məsuliyyətli vəzifədə ölkəmizin səylərini dəstəklədiklərini bildiriblər.

Fhnews.az AZƏRTAC-a istinadla xəbər verir ki, coğrafi yerləşməsinə görə iqlim dəyişikliyinin təsirinə ən çox məruz qalan ölkələr sırasında olan üç dövlətin rəsmiləri görüşdən sonra Bakı Kommünikesini qəbul ediblər.

Kommünikedə COP29 Sədrliyi çərçivəsində inkişaf etməkdə olan kiçik ada dövlətlərinin üzləşdiyi problemlərə göstərilən diqqətə görə Prezident İlham Əliyevə təşəkkür bildirilir, COP29-un inklüziv, şəffaf və neytral platforma olacağına əminlik ifadə edilir.

İqlim dəyişikliyinin qaçılmaz təsirlərinin insanların yaşayışı, təhlükəsizliyi və rifahı üçün Dayanıqlı İnkişaf Məqsədlərinin, BMT-nin İqlim dəyişmələri haqqında Çərçivə Konvensiyasının və Paris sazişinin məqsədlərinin həyata keçirilməsinə birbaşa təhdid olduğu bildirilir.

İqlim davamlılığının artırılması məqsədilə sülhün, yardımın və bərpanın gücləndirilməsinin vacibliyi vurğulanaraq, bu məsələlərə Azərbaycanın inklüziv yanaşması alqışlanır.

Kommünikedə, həmçinin qlobal istiləşmə fonunda ekzistensial təhlükəsi getdikcə artan kiçik ada dövlətləri ilə COP29 çərçivəsində aparılan əməkdaşlıq və dialoq təqdir olunaraq, iqlim dəyişikliyinə qarşı dayanıqlılığın artırılması, təcili qlobal tədbirlərin görülməsi və həmrəyliyin gücləndirilməsinə çağırış edilir.

Paylaş: