Türkiyənin ilk bonsai muzeyi Yalovada açılıb
Qeyd edək ki, bonsai ağacları xüsusi üsullarla budamaq, cırtdanlaşdırmaq və formalaşdırmaqla dibçəklərdə yetişdirmək sənətidir.
Türkiyənin ilk, Avropanın isə ən böyük bonsai muzeyi Türkiyə-Yaponiya diplomatik əlaqələrinin 100-cü ildönümü çərçivəsində açılıb.
Mərasimdə çıxış edən vali Hülya Kaya çiçək şəhəri Yalovaya yaraşan gözəl bir layihəyə imza atıldığını, Atatürkün Termal səmtindəki dendrari parkı və Hayrettin Karaca tərəfindən qurulan dendrari parkdan sonra xalqa belə bir xidmətdən qürur duyduqlarının deyib.
Prezident Rəcəb Tayyib Ərdoğanın layihəyə böyük dəstək verdiyini vurğulayan Kaya etiraf edib ki, bu, həqiqətən çox uzaqgörən bir layihədir və Yalovaya çox yaraşır. Turizm məkanı olaraq Yalovanın bu nöqtədə çox əhəmiyyətli, çox uzaqgörən layihələrə ehtiyacı var.
Yaponiyanın İstanbuldakı baş konsulu Keniçi Kasahara Yaponiyanın Tonami və Yalova şəhərlərinin qardaş şəhərlər olduğunu xatırladaraq, hər iki şəhərin geniş şəkildə çiçək istehsal etdiyini bildirib.
Fatih Sultan Mehmet körpüsü mavi rənglə...
Filippində Kanlaon vulkanı püskürüb...
Egey dənizində 4,9 bal gücündə zəlzələ...
İstanbulda 3,8 bal gücündə zəlzələ baş...
Çin rabitə texnologiyalarını sınamaq...