24 noyabr 2024, bazar Bakı, 15°C
IMG-LOGO

Türkiyənin ən müasir ictimai kompleksi- Böyük Çamlıca məscidi

03-05-2024
IMG

Möhtəşəm memarlığı ilə diqqət çəkən Böyük Çamlıca Məscidi girdiyiniz andan etibarən sultan məscidlərinin davamı hissini verən böyük bir ibadət yeri olmaqla yanaşı, kitabxana, konfrans zalı, incəsənət emalatxanası və İslam Sivilizasiyaları Muzeyi ilə Türkiyənin ən müasir ictimai kompleksidir. 

İstanbulun Anadolu tərəfində yerləşməsi ilə İstanbul siluetinin əhəmiyyətli bir parçasına çevrilən və Osmanlı-Səlcuqlu memarlıq üslubunu bugünkü xəttlərlə birləşdirən Böyük Çamlıca Məscidinin açılışından 5 il keçir.

Hündürlüyü 72 metr olan məscidin əsas günbəzi Türkiyədə yaşayan 72 milləti, 34 metr diametrli günbəzi isə İstanbulu simvolizə edir. Məscidin əsas günbəzində eni 3 metr 12 santimetr, hündürlüyü 7 metr 77 santimetr, çəkisi 4,5 ton olan finil var.

Böyük Çamlıca Məscidi 5 metr eni, 6,5 metr hündürlüyü və 6 ton ağırlığında olan əsas qapısı ilə dünyanın ən böyük ibadət qapılarından birinə malikdir.

“Əsrin möhürü” olaraq xarakterizə edilən binada Milli Saraylar daxilində 10 min kvadratmetrlik İslam Sivilizasiyaları Muzeyi, 3 min kvadratmetrlik rəsm qalereyası, 3 min kvadratmetrlik kitabxana, 1071 nəfərlik konfrans salonu, 8 sənət emalatxana və 3 min 500 avtomobill tutumu olan  qarajı mövcuddur.

Məscid akustikası, səs sistemləri, işıqlandırma, istilik, havalandırma və təhlükəsizlik sistemləri ilə də fərqlənir. 

Çamlıca Məscidi  Təhsil və Mədəniyyət Xidmətləri İnşaatı Dərnəyinin sədri Ergin Külünk bu kompleksin hekayəsinin Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın 2012-ci ildə "Çamlıcada böyük bir məscid tikəcəyik" cümləsi ilə ictimaiyyətə gəldiyini deyir.

21-ci əsrdə Çamlıca məscidində Memar Sinanın memarlığa gətirdiyi qızıl nisbət yanaşmasını tətbiq etmək üçün çalışdıqlarını ifadə edən Külünk buna texniki qrupun böyük fədakarlığı ilə nail olduqlarını və bunu işə əks etdirdiklərini bildirib.

Qeyd edək ki, bu kompleksi həftədə 100 min, ildə isə 5 milyona yaxın insan ziyarət edir.

Paylaş: