Türkiyənin 30 şəhərində 1177 qanunsuz miqrant saxlanılıb
Türkiyənin 30 şəhərində Ramazan bayramı günlərində keçirilən “Qalxan-19” kod adlı əməliyyat nəticəsində 1177 qanunsuz miqrant saxlanılıb.
Fhnews.az xəbər verir ki, bu məlumatı Türkiyənin daxili işlər naziri Ali Yerlikaya paylaşıb.
“Mobil miqrasiya məntəqələri” adlı xüsusi avtobuslar vasitəsilə şəhərlərin müxtəlif bölgələrində 22 707 xarici vətəndaşın sənədlərinin
yoxlanıldığına diqqət çəkən nazir onlardan 1177 nəfərin deportasiya ediləcəyini bildirib.
Əməliyyata cəlb olunan 162 “Mobil miqrasiya məntəqəsindən” 103-nün İstanbulda fəaliyyət göstərdiyini qeyd edən Yerlikaya, qanunsuz
miqrasiyaya qarşı mübarizənin davam edəcəyini, əməliyyatların Türkiyənin bütün bölgələrini əhatə edəcəyini deyib.
“Türkiyə qanunsuz miqrasiya baxımından “hədəf ölkə” və “tranzit dövlət” olmayacaq”, - deyə daxili işlər naziri vurğulayıb.
Osman Həmdi bəyin tablosu Parisdə 571...
Ekspertin çağırışı: "Tsunami Türkiyənin...
Marsın peykləri üçün iki nəzəriyyə:...
Çanaqqalada aparılan qazıntılar zamanı...
Finlandiyada çovğun 70 min evi...