Türkiyədən qaçaqmalçılıq yolu ilə çıxarılan tarixi Quran vətəninə qaytarılıb
Türkiyədən qaçaqmalçılıq yolu ilə çıxarılan tarixi Quran vətəninə qaytarılıb.
2017-ci ildə Türkiyədən qanunsuz olaraq aparılaraq İngiltərədə satışa çıxarılan Osmanlı xəttatlıq məktəbinin banisi, məşhur xəttat Şeyx Həmdullahın oğlu Mustafa Dədənin XVI əsrdə sülüs xətti ilə yazdığı Qurani-Kərim vətəninə gətirilib.
Türkiyənin Mədəniyyət və Turizm naziri Mehmet Nuri Ərsoy sosial media hesabından “Min aydan daha xeyirli olan Qədr gecəsi öncəsi müjdəmiz var” paylaşımı ilə xəbəri açıqlayıb.
Ərsoy paylaşımında bunları qeyd edib:
"XVI əsrin əvvəllərində yazılmış bu mushaf yazı hissələrinin xəttatlıqda "vassale" olaraq təyin etdiyimiz texnika ilə fərqli bir kağıza yapışdırılaraq hazırlanması ilə diqqət çəkir. Hər kəsə və bütün qurumlara ürəkdən təşəkkür edirəm. Bu kimi bir çox dəyərli əsərlərimizi görmək üçün hər kəsi Türk və İslam Əsərləri Muzeyimizə dəvət edirəm.Qədr gecəmiz mübarək olsun”.
Fatih Sultan Mehmet körpüsü mavi rənglə...
Filippində Kanlaon vulkanı püskürüb...
Egey dənizində 4,9 bal gücündə zəlzələ...
İstanbulda 3,8 bal gücündə zəlzələ baş...
Çin rabitə texnologiyalarını sınamaq...