Türkiyə yeni nəsil konteyner vaqonlarının istehsalına başlayıb
Türkiyə ekoloji cəhətdən təmiz və qənaətcil yeni nəsil konteyner vaqonlarının istehsalına başlayıb. Ölkədaxili və beynəlxalq yük daşımaları üçün vaqon istehsal edən ölkə olaraq Türkiyə bununla sektora yeni təkan verməyi planlaşdırır.
Fhnews.az xəbər verir ki, Türkiyə Dəmir Yolu Sistemi Nəqliyyatı Sənayesi (TÜRASAŞ) tərəfindən istehsal edilən ilk 27 konteyner vaqonu ölkənin Dövlət Dəmir Yollarına (TCDD) təhvil verilib.
“Vaqonun dizaynından tutmuş istehsala qədər tamamilə yerli və milli imkanlarla istehsal olunan vaqonlar daha çox TCDD nəzdində yük daşımalarda istifadə ediləcək. Hər biri 108 tona qədər yükdaşıma gücünə malik bu vaqonların 2025-ci ildə 200, 2026 da isə 480 ədədinin istehsalı nəzərdə tutulur”, - deyə Türkiyənin Nəqliyyat və İnfrastruktur Nazirliyinin yaydığı məlumatda bildirilib.
Qeyd edilib ki, vaqonlara həm ölkə daxilində, həm də xaricdə yüksək tələbat var. Yüksək yükdaşıma qabiliyyəti və daşınma asanlığı səbəbilə vaqonlara daha çox kombinə edilmiş yük daşımalarında üstünlük verilir. Qısa ölçüləri sayəsində lokomotivə daha çox vaqon qoşula bilər ki, bu da qatarın daha səmərəli işləməsini təmin edir. Yeni nəsil konteyner vaqonları daha yüksək yükdaşıma qabiliyyəti sayəsində həm iqtisadi, həm də ekoloji baxımdan üstün cəhətləri ilə sinfinin digər nəqliyyat vasitələrindən seçilir.
Türkiyənin nəqliyyat və infrastruktur naziri Abdulkadir Uraloğlu ölkənin yerli və milli vaqon istehsalının logistika baxımından əhəmiyyətli bir irəliləyiş olduğunu vurğulayıb.
Fatih Sultan Mehmet körpüsü mavi rənglə...
Filippində Kanlaon vulkanı püskürüb...
Egey dənizində 4,9 bal gücündə zəlzələ...
İstanbulda 3,8 bal gücündə zəlzələ baş...
Çin rabitə texnologiyalarını sınamaq...