Türkiyə ötən il səhiyyə turizmindən 2,3 milyard dollar gəlir götürüb
Türkiyə səhiyyə turizmi sahəsində beynəlxalq səviyyədə qəbul edilmiş akkreditasiyaya malik 40 səhiyyə müəssisəsi ilə dünyada yeddinci yerdədir. Ölkə ötən il bu sahədən 2,3 milyard ABŞ dolları məbləğində gəlir əldə edib.
Fhnews.az xəbər verir ki, bu barədə Türkiyənin Ticarət Nazirliyi açıqlama yayıb.
Nazirliyin məlumatına görə, səhiyyə turizmi ilə bağlı Türkiyəyə ən çox müraciət edən ölkələr Azərbaycan da daxil olmaqla, Almaniya, Böyük Britaniya, Rusiya, Qazaxıstan, Türkmənistan, Özbəkistan və Əfqanıstandır. Ötən il bu sahə üzrə ölkəyə 1,4 milyon turist gəlib.
Osman Həmdi bəyin tablosu Parisdə 571...
Ekspertin çağırışı: "Tsunami Türkiyənin...
Marsın peykləri üçün iki nəzəriyyə:...
Çanaqqalada aparılan qazıntılar zamanı...
Finlandiyada çovğun 70 min evi...