Turində kilsədə qaz sızması baş verib: 50 nəfər xəstəxanaya yerləşdirilib
İtaliyanın Turin şəhərində Pasxa bayramı ilə əlaqədar dini mərasimin keçirildiyi San Kostanso kilsəsində təbii qaz sızması baş verib.
Fhnews.az xəbər verir ki, nəticədə mərasim yarımçıq qalıb və kilsə dərhal boşaldılıb. Hadisə yerinə gələn səhiyyə işçiləri dəm qazından zəhərlənən insanlara ilkin tibbi yardım göstərib.
Ümumilikdə 50 nəfər xəstəxanaya yerləşdirilib. Onların heç birinin vəziyyəti ağır deyil. Bir uşağın xəstəxanada hiperbarik kamerada oksigen terapiyası ilə müalicə olunduğu bildirilib.
Yanğınsöndürənlər və polisin apardığı araşdırmalara görə, qaz sızmasına səbəb kilsənin qazanxanasındakı nasazlıq olub.
Fatih Sultan Mehmet körpüsü mavi rənglə...
Filippində Kanlaon vulkanı püskürüb...
Egey dənizində 4,9 bal gücündə zəlzələ...
İstanbulda 3,8 bal gücündə zəlzələ baş...
Çin rabitə texnologiyalarını sınamaq...