Tunis sahillərində son 24 saatda 1335 miqrant xilas edilib
Tunisin dəniz mühafizəçiləri son 24 saat ərzində 31 qeyri-qanuni immiqrasiya cəhdinin qarşısını alıb və batmaqda olan qayıqlardakı 1335 sənədsiz miqrantı xilas ediblər.
Fhnews.az Sinxua agentliyinə istinadla xəbər verir ki, əməliyyatlar ölkənin şərqindəki Sfaks əyalətində Milli Qvardiyanın bölmələri tərəfindən həyata keçirilib. Əməliyyatların gedişində qanunsuz miqrasiya səfərlərinin səkkiz təşkilatçısı həbs edib və onlara məxsus 14 qayıq ələ keçirilib.
Qeyd edək ki, Tunis Avropaya qeyri-qanuni yolla daxil olmaq istəyən miqrantların əsas keçid nöqtələrindən biridir. 2023-cü ildə təxminən 17,3 min miqrant Tunis sahilləri vasitəsilə İtaliyaya keçib.
Fatih Sultan Mehmet körpüsü mavi rənglə...
Filippində Kanlaon vulkanı püskürüb...
Egey dənizində 4,9 bal gücündə zəlzələ...
İstanbulda 3,8 bal gücündə zəlzələ baş...
Çin rabitə texnologiyalarını sınamaq...