Tayvanda zəlzələ nəticəsində ölənlərin sayı artıb
Tayvan yaxınlığında baş verən zəlzələ nəticəsində ölənlərin sayı 10-a çatıb, 1106 nəfər xəsarət alıb.
Fhnews.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Mərkəzinin hesabatında qeyd edilib.
Yenilənmiş məlumatlara görə, 705 nəfər çətin relyefə malik ərazilərdə yardım gözləyir: onlardan 500-dən çoxu Taroko Milli Parkının dağlıq ərazilərindədir. Həmçinin 18 nəfər hələ də itkin sayılır.
Qeyd edək ki, aprelin 3-də yerli vaxtla saat 7:58-də (Bakı vaxtı ilə 3:58) adanın şərq hissəsindəki Hualien şəhəri yaxınlığında 7,3 bal gücündə zəlzələ baş verib.
Fatih Sultan Mehmet körpüsü mavi rənglə...
Filippində Kanlaon vulkanı püskürüb...
Egey dənizində 4,9 bal gücündə zəlzələ...
İstanbulda 3,8 bal gücündə zəlzələ baş...
Çin rabitə texnologiyalarını sınamaq...