24 noyabr 2024, bazar Bakı, 13°C
IMG-LOGO

Taylanddakı meşə yanğınları havanın çirklənməsini təhlükəli səviyyəyə çatdırıb

02-04-2024

Yerli media orqanı “Benar News”un məlumatına görə, meşə yanğınlarının yaratdığı çirklənmədən ən çox Çianq May şəhəri zərər çəkib.Çirklənməyə Nəzarət İdarəsi 15 min hektardan çox ərazinin kül olduğu bölgədə açıq havada çox qalmamaqla qoruyucu maskadan istifadə etmək barədə xəbərdarlıq edib.

Mərkəz bildirir ki, insan sağlamlığı üçün havada maksimum toz limiti hər kubmetr üçün 37,5 mikroqramdır, lakin Çianq Mayda bu miqdar hər kubmetr üçün 42,4-161,9 mikroqrama yüksəlib.

Taylandın Geoinformatika və Kosmik İnkişaf Agentliyi qeyd edib ki, yanvarın 1-dən martın 29-dək ölkə üzrə 3748 yerdə meşə yanğını qeydə alınıb. 

Taylandın Səhiyyə Nazirliyi ölkənin şimal şəhərlərində havanın çirklənməsinin təhlükəli həddə çatması ilə bağlı araşdırmalarını davam etdirir. 
Səhiyyə Nazirliyinin sözçüsü Opas Karnkavinponq da bildirib ki, yanvarın 1-dən martın 19-dək ölkədə 1,73 milyon insan havanın çirklənməsi nəticəsində bir çox xəstəliyə yoluxub.

Paylaş: