Tailandda avtomobildən 16 kilo ağırlığında zəhərli ilan tapılıb
Dünyanın ən zəhərli ilan növlərindən biri kimi tanınan, çəkisi 16 kiloqram olan "kral kobra"sı Tailandda bir evin qarajında avtomobilin mühərrik hissəsində tapılıb.
Fhnews.az “TRT Haber”ə istinadla xəbər verir ki, Taylandın Çantaburi əyalətində park etdiyi avtomobilinin kapotunu açan qadın nəhəng ilanla qarşılaşıb. Səlahiyyətlilərə məlumat verildikdən sonra əraziyə ekspert qrupları gəlib.
Ekspert qrupu tərəfindən maşından çıxarılan ilanın 4 metr 25 santimetr uzunluğunda, 16 kiloqram ağırlığında və dünyanın ən zəhərli ilan növlərindən biri kimi tanınan "kral kobra"sı olduğu müəyyən edilib.
Qeyd edilir ki, avtomobilin mühərrik hissəsində gizlənən ilan həddindən artıq istilər səbəbilə ətrafdakı tarlalardan gəlib.
Osman Həmdi bəyin tablosu Parisdə 571...
Ekspertin çağırışı: "Tsunami Türkiyənin...
Marsın peykləri üçün iki nəzəriyyə:...
Çanaqqalada aparılan qazıntılar zamanı...
Finlandiyada çovğun 70 min evi...