Tacikistanda “SPECA regionunda yaşıl inkişaf” mövzusunda İqtisadi Forum keçirilir
Noyabrın 26-28-i Tacikistanın Düşənbə şəhərində “SPECA regionunda yaşıl inkişaf” mövzusunda İqtisadi Forum keçirilir.
Azərbaycanın Tacikistandakı səfirliyindən verilən məlumata görə, “SPECA regionunda yaşıl inkişaf üzrə yüksəksəviyyəli siyasət dialoqu”na həsr olunan Forumun birinci sessiyasında əvvəlcə BMT-nin Mərkəzi Asiya Ölkələrinin İqtisadiyyatları üçün Xüsusi Proqramının (SPECA) hazırkı sədri, Tacikistanın iqtisadi inkişaf və ticarət nazirinin müavini Ahliddin Nuriddinzoda açılış nitqi ilə çıxış edib.
Azərbaycanın Tacikistandakı səfiri Əlimirzamin Əskərov çıxış edərək, Forumun region ölkələri arasında əməkdaşlığın dərinləşdirilməsi, davamlı və yaşıl gələcək üçün yeni təşəbbüslərin inkişaf etdirilməsi istiqamətində mühüm addım olduğunu, hazırda üzləşdiyimiz iqlim dəyişikliyi və təbii ehtiyatların tükənməsi kimi qlobal çağırışlar nəzərə alınmaqla, "SPECA regionunda yaşıl inkişaf" mövzusunun uyğun zamanda müzakirə edildiyini vurğulayıb. Həmçinin bu keçidə nail olmaq üçün təkcə enerji sistemlərinin transformasiyasını deyil, həm də resursların davamlılığı, ekosistemin qorunması və “yaşıl sektorlar”da yeni məşğulluq imkanlarının yaradılması üçün innovativ strategiyaların qəbulunun tələb olunduğunu qeyd edib.
Səfir noyabrın 14-də Bakıda keçirilən COP29 çərçivəsində SPECA-nın Nazirlər Toplantısında nəinki SPECA İqlim və İnnovasiya Dialoqunun təsis olunduğunu, İtki və Zərər Fondunun fəaliyyətə başlamasının rəsmi elan edildiyini, Azərbaycanın enerji səmərəliliyinin artırılmasına, bərpaolunan enerji mənbələrinin inkişafına və karbon qazının azaldılmasına yönəlmiş yaşıl inkişaf strategiyasını fəal şəkildə davam etdirdiyini, strateji yaşıl maliyyələşdirmə proqramlarında iştirakını diqqətə çatdırıb.
BMT-nin Avropa İqtisadi Komissiyası (UNECE), Asiya və Sakit Okean üçün İqtisadi və Sosial Komissiyası (ESCAP) və SPECA-nın iştirakçı dövlətləri tərəfindən yaradılmış SPECA Çoxtərəfli Etimad Fondunun COP29-da işə salınmasının Davamlı İnkişaf Məqsədləri kimi qlobal çərçivələrə uyğunlaşdırılaraq regional iqlim təşəbbüslərinin icra edilə bilən layihələrə çevrilməsində mühüm addım olduğunu bildirən Əlizamin Əskərov, SPECA regionundan olan Yaşıl Şəhər Liderlərinin dəyirmi masasının da keçirildiyini söyləyib.
“SPECA regionu yaşıl inkişaf sahəsində inteqrasiya olunmuş və qarşılıqlı faydalı həllərin inkişafı üçün əhəmiyyətli potensiala malikdir. Təbii ehtiyatlardan səmərəli istifadəyə, karbon emissiyalarının azaldılmasına və ekoloji problemlər qarşısında iqtisadiyyatların dayanıqlığının artırılmasına birgə səylərlə nail oluna bilər. SPECA-nın iştirakçı dövlətləri ilə yaşıl inkişaf sahəsində əməkdaşlıq, təcrübə mübadiləsi davamlı regionun yaradılmasında əsas amilə çevrilə bilər. Azərbaycan ümumi məqsədlərə nail olmaq üçün öz təcrübəsini və resurslarını təklif edərək, bu proseslərdə fəal rol oynamağa davam etməyə hazırdır”, - deyə o vurğulayıb.
Forum işini davam etdirir.
Metronun “Həzi Aslanov” stansiyası...
Tacikistanda “SPECA regionunda yaşıl...
Azərbaycan "yaşıl iqtisadiyyat"a töhfə...
Bakı-Ağstafa-Bakı marşrutu üzrə əlavə...
Sədr müavini: “Azərkosmos”un...