“Nəqliyyat qəzaları zamanı xilasetmə əməliyyatları” mövzusunda birgə təlim keçirilib
Fövqəladə Hallar Nazirliyinin Cənub Regional Mərkəzi Mülki müdafiə qoşunlarının N saylı hərbi hissəsi və Masallı rayon Yanğından Mühafizə Hissəsinin xilasetmə dəstəsi ilə birgə “Nəqliyyat qəzaları zamanı xilasetmə əməliyyatları” mövzusunda birgə təlim keçirib.
Təlimin keçirilməsində məqsəd xilasetmə işlərinin təşkili və aparılması qaydaları, nəqliyyat qəzaları zamanı deformasiyaya uğramış avtomobildən zərərçəkmişlərin təxliyə edilməsi üzrə xilasedicilərin bilik və bacarıqlarının artırılması, həmçinin xilasetmə qrup komandirlərinin hadisə zamanı effektiv idarəetmə vərdişlərinin təkmilləşdirilməsi olub.
Təlim zamanı xilasedicilər şərti nəqliyyat qəzası zamanı deformasiyaya uğramış avtomobildən “zərərçəkmişləri” xilas edərək təxirəsalınmaz ilkin yardım göstəriblər.
Təlimin sonunda nəticələr müzakirə olunub, müvafiq tapşırıqlar verilib.
Bakıda 27 ünvanda təmir işləri aparılıb...
Şabranda sel gəlməsi səbəbindən köməksiz...
2025-ci il üçün yaşayış minimumu ölkə...
Gələn il üçün ehtiyac meyarının həddi...
Milli Məclis DSMF-nin 2025-ci il büdcəsi...