27 noyabr 2024, çərşənbə Bakı, 10°C
IMG-LOGO

Qırmızı dənizin nəsli kəsilmək təhlükəsi ilə üzləşən nəhəng canlıları

27-11-2024
IMG

İqlim dəyişikliyi və dəniz sularının çirkliliyi səbəblərdən nəsli kəsilmək təhlükəsi ilə üzləşən Qırmızı dənizin ağtipli qayalıq köpəkbalığı və uzunburunlu əyirici delfinləri sualtı kameraların obyektinə yaxalanıb. 

Misirdə Qırmızı dənizdə mərcan riflərinin yaxınlığında yaşayan ağtipli rif köpək balıqları və uzunburunlu delfinlər su çirklənmələrindən, həddindən artıq balıq ovu, ov və qlobal iqlim dəyişikliyindən mənfi təsirlənir.

Son illərdə qlobal miqyasda orta ömrü 25 il olan 4 metr uzunluğundakı ağbaşlı rif köpəkbalığının yetkin fərdlərində 90 %  azalma müşahidə edilmişdir.

Təxminən 2 metr uzunluğunda və 90 kiloqram ağırlığında olan və Qırmızı dənizin Şarm Əl-Şeyx bölgəsində yaşayan uzun burunlu əyirici delfinlər son günlər Hurghada bölgəsində görünüb. Bu növün yaşayış yerlərinin yaxın illərdə dəyişəcəyi gözlənilir.

Aralarında Türkiyə Sualtı İdmanları Federasiyasından olan dalğıcların da olduğu 26 nəfərlik heyət Misirin paytaxtı Qahirənin 600 kilometr cənubunda yerləşən Hurghadaya gedərək  dalışlar zamanı  dənizin nəsli kəsilmək təhlükəsi altında olan növlərin Qırmızı siyahısında olan iri məməlilərinin fotolarını çəkiblər.

Paylaş: