Mərkəzi Seçki Komissiyasının iclası keçirilir
Məzahir Pənahovun sədrliyi ilə noyabrın 27-də Mərkəzi Seçki Komissiyasının (MSK) iclası keçirilir.
Fhnews.az xəbər verir ki, iclasın gündəliyinə Azərbaycan Respublikasında növbəti bələdiyyə seçkilərinin təyin edilməsi, Azərbaycanda bələdiyyə seçkilərinin hazırlanıb keçirilməsi üzrə əsas hərəkət və tədbirlərin Təqvim Planının təsdiq edilməsi, vətəndaşların seçki hüquqlarını pozan hərəkətlərdən (hərəkətsizlikdən) və qərarlardan şikayətlərin araşdırılması məqsədilə Mərkəzi Seçki Komissiyasının nəzdində ekspert qrupunun yaradılması, imza vərəqələrində, habelə namizədlərin, siyasi partiyaların, siyasi partiya bloklarının təqdim etdikləri sənədlərdə olan məlumatların düzgünlüyünü və müvafiq məlumatları yoxlamaq üçün işçi qrupu yaradılması və tərkibinin müəyyən edilməsi məsələləri daxildir.
Qeyd edək ki, iclasda qəbul olunmuş qərara əsasən ölkədə bələdiyyə seçkiləri 2025-ci il yanvarın 29-da keçiriləcək.
Azərbaycanda növbəti bələdiyyə seçkiləri...
Bələdiyyə seçkiləri ilə əlaqədar MSK-da...
Bələdiyyə seçkilərinin keçirilməsi ilə...
Mərkəzi Seçki Komissiyasının iclası...
Qərbi Azərbaycan İcması bəyanat yayıb...