Bələdiyyə seçkiləri ilə əlaqədar MSK-da ekspert qrupu yaradılıb
Vətəndaşların seçki hüquqlarını pozan hərəkətlərdən (hərəkətsizlikdən) və qərarlardan şikayətlərin araşdırılması məqsədilə Mərkəzi Seçki Komissiyasının nəzdində ekspert qrupunun yaradılması müzakirə olunaraq təsdiq edilib.
Fhnews.az xəbər verir ki, bu barədə Mərkəzi Seçki Komissiyasının (MSK) katibi Arifə Muxtarova MSK-nın noyabrın 27-də keçirilən iclasında məlumat verib.
O bildirib ki, Komissiya üzvləri və Katibliyin əməkdaşları da daxil olmaqla MSK nəzdində 9 nəfərdən ibarət ekspert qrupu yaradılıb.
Qeyd edək ki, iclasda qəbul olunmuş qərara əsasən ölkədə bələdiyyə seçkiləri 2025-ci il yanvarın 29-da keçiriləcək.
Azərbaycanda növbəti bələdiyyə seçkiləri...
Bələdiyyə seçkiləri ilə əlaqədar MSK-da...
Bələdiyyə seçkilərinin keçirilməsi ilə...
Mərkəzi Seçki Komissiyasının iclası...
Qərbi Azərbaycan İcması bəyanat yayıb...