13 may 2025, çərşənbə axşamı Bakı, 21°C
IMG-LOGO

'Stairway to Heaven' sökülür

02-05-2024
IMG

Havayın Oahu adasındakı Honolulu şəhərində yerləşən Haiku pilləkənləri təqdim etdiyi mükəmməl mənzərə ilə turistlərin böyük marağına səbəb olan ərazilərdən biridir. Ancaq Honolulu Bələdiyyəsinin son açıqlamasında 1987-ci ildən bəri çıxışı qadağan edilən pilləkənin söküləcəyi açıqlanıb.

Təxminən 855 metr hündürlüyündə olan pilləkən bəzən dumanlı dağlıq ərazilərə çıxışı təmin etdiyi üçün “Cənnətə gedən pilləkən” kimi də tanınır. Bələdiyyənin açıqlamasında sözügedən marşrutun həm təhlükəli olduğu, həm də başqalarına məxsus torpaqlardan keçdiyi vurğulanıb və turistlərdən pilləkənlərlə çıxmaması xahiş edilib. 

Qeyd edək ki,İkinci Dünya  Müharibəsində quraşdırılan radio qülləsinə daxil olmaq üçün ABŞ Hərbi Dəniz Qüvvələri tərəfindən tikilmiş pilləkənin sökülməsi bələdiyyəyə təxminən 2,5 milyon dollara başa gələcək. Təxminən 5 ay çəkəcəyi gözlənilən sökülmə prosesi başa çatdıqdan sonra pilləkənin hara köçürüləcəyinə hələ qərar verilməyib.

Paylaş: