19 dekabr 2024, cümə axşamı Bakı, 5°C
IMG-LOGO

Soyuq və qar qütb burulğanındakı pozulmalar səbəbindən Türkiyəyə erkən gəlib

12-12-2024
IMG

Türkiyədə qış aylarında adətən sıx yağan qar bu il payızda üzünü göstərib. Noyabrın sonunda yağan qar səbəbindən bəzi əyalətlərdə yollar bağlanıb, təhsil dayandırılıb. Əvvəlki illərdə mövsümü dekabr və ya yanvarda açan xizək kurortları noyabrın sonunda açılıb.Türkiyənin ən isti şəhərlərindən olan İzmir də erkən qardan öz payını alıb və noyabr ayında Ödəmiş rayonunda qar yağıb.İzmir Bakırçay Universitetinin professoru  Şermin Tağıl deyir ki, iqlim böhranı sürətlə davam edir və həddindən artıq isti, quraqlıq, güclü yağış, sel və tufan kimi qeyri-adi hava hadisələri artmaqdadır.

İqlim dəyişikliyinin hava sistemlərini pozduğunu və gözlənilməz vəziyyətlərə səbəb olduğunu ifadə edən alim "Bu, daha soyuq və ya daha isti hava dalğalarına səbəb ola bilər. İqlim dalğalanmaları maksimum həddə çata bilər, bəzi illərdə həddindən artıq quraqlıq, bəzi illərdə isə güclü yağış kimi ekstremal hadisələrə səbəb ola bilər"-deyib. Qış mövsümünün erkən və ya gec keçməsi kimi ekstremal mövsümi dəyişikliklər də adi hala çevrilib.

Qeyd edək ki, Aralıq dənizində 2023-cü ilin iyun ayından bu ilin sentyabr ayına qədər olan isti hava dalğası Şərqi Aralıq dənizində kifayət qədər şiddətli olub və bu səbəbdən son iki yay mövsümündə xüsusilə Türkiyənin Egey və Aralıq dənizi sahillərində yüksək dəniz səthi temperaturları hiss olunub.

Aralıq dənizində son 14-15 ayda dünya ortalamasının üzərində olan dəniz səthinin temperaturu fırtınaların meydana gəlməsi üçün risk faktoru olub. 

Alim erkən qış hadisəsində günəş dövrünün də rol oynadığını və bu prosesin atmosferdəki hava axınlarına və təzyiq sistemlərinə təsir edərək, qütb bölgələrində soyuq havanın qütb bölgələrinə doğru hərəkət etməsinə səbəb olduğunu bildirib. 

Xüsusilə noyabrın sonunda Avropa ilə Sibir arasında temperatur fərqinin artması erkən qütb burulğanının pozulmasının əsas səbəblərindən biri olub.

Paylaş: