Son dörd gündə Türkiyədə İŞİD-lə əlaqəsi olmaqda şübhəli bilinən 51 nəfər saxlanılıb
Türkiyənin 21 vilayətində İŞİD terror təşkilatına qarşı genişmiqyaslı əməliyyat keçirilib.
Fhnews.az xəbər verir ki, bu barədə Türkiyənin daxili işlər naziri Ali Yerlikaya bildirib.
Məlumata əsasən, ötən dörd gün ərzində “BOZDOĞAN-17” kod adı altında keçirilən əməliyyat zamanı İŞİD-lə əlaqəsi olmaqda şübhəli bilinən 51 nəfər saxlanılıb.
Əməliyyat zamanı terror təşkilatına aid çox sayda sənəd və rəqəmsal material ələ keçirilib.
Fatih Sultan Mehmet körpüsü mavi rənglə...
Filippində Kanlaon vulkanı püskürüb...
Egey dənizində 4,9 bal gücündə zəlzələ...
İstanbulda 3,8 bal gücündə zəlzələ baş...
Çin rabitə texnologiyalarını sınamaq...