22 noyabr 2024, cümə Bakı, 14°C
IMG-LOGO

Somali sahillərində piratlıq yenidən baş qaldırıb

21-03-2024

Son dörd ayda Somali sahillərində balıqçı və ticarət gəmilərinə qarşı 23 hücum qeydə alınıb.

Fhnews.az “Figaro”ya istinadla xəbər verir ki, 2008-ci ildə geniş vüsət alan piratlıq 2012-ci ildə tam aradan qaldırılmışdı. 2023-cü ilin noyabrında Qırmızı dənizdə vəziyyət gərginləşdikdən sonra Somali sahilləri yenidən dənizçilər üçün təhlükəli zonaya çevrilib.

Yəməndəki husi qiyamçılarına görə Somali sularından istifadə edən gəmilərin sayı artıb. Bu ərazidə olan hərbi gəmilər isə əsas diqqəti Qırmızı dənizə yönəldib.

Dörd qrupda cəmləşən 36 pirat Somali sahillərində 2000 kilometr uzunluqda dəniz sularına nəzarət edir. Somali dövləti akvatoriyaya nəzarət edə bilmədiyi üçün bir çox ölkənin balıqçı gəmiləri burada qanunsuz ovla məşğuldur. Lakin indi vəziyyətin yaxşılaşmasına ümid yaranıb. Somaliyə silah satışına 30 il əvvəl tətbiq edilmiş embarqo ötən il ləğv edilib. Fevral ayında isə rəsmi Moqadişo Türkiyə ilə dəniz müdafiəsinə dair saziş imzalayıb.

Paylaş: