Seneqalda sərnişin təyyarəsi uçuş-enmə zolağından çıxıb
Seneqalın paytaxtı Dakarda sərnişin təyyarəsinin uçuş-enmə zolağından çıxması nəticəsində 10 nəfər xəsarət alıb.
Seneqal Nəqliyyat Nazirliyi 85 nəfəri daşıyan “Boeing 737” tipli sərnişin təyyarəsinin Dakar hava limanında uçuş-enmə zolağından çıxdığını və 10 nəfərin yaralandığını açıqlayıb.Ölkənin Nəqliyyat naziri El Malik Ndiaye 79 sərnişin, 2 pilot və 4 kabin heyəti ilə “Air Senegal”a aid təyyarənin Bamakoya getdiyini bildirib.Yaralıların müalicə üçün xəstəxanaya aparıldığı, digər sərnişinlərin isə otelə aparıldığı bildirilib.Sosial şəbəkələrdə paylaşılan fotolarda təyyarənin bir mühərrikinin sıradan çıxdığı, bir qanadının zədələndiyi görünür.
Osman Həmdi bəyin tablosu Parisdə 571...
Ekspertin çağırışı: "Tsunami Türkiyənin...
Marsın peykləri üçün iki nəzəriyyə:...
Çanaqqalada aparılan qazıntılar zamanı...
Finlandiyada çovğun 70 min evi...