Səudiyyə Ərəbistanda ilk operanın premyerası
Səudiyyə Ərəbistanının ilk möhtəşəm operasının premyerası Ər-Riyadda vəliəhd şahzadə Məhəmməd bin Salmanın krallığı yeni iqtisadi və sosial dövrə aparmağa yönəlmiş iddialı planlarının bir hissəsi kimi keçirilib. Kral Fəhəd Mədəniyyət Mərkəzində nümayiş olunan “Zərqa Əl Yamama” operası İslamdan əvvəlki Ərəbistanda gələcəyi qabaqcadan görmək qabiliyyətinə malik bir qəbilə başçısının hekayəsindən bəhs edir.
Əsərin ərəbcə sözlərini səudiyyəli şair Saleh Zamanan yazıb, musiqisi isə avstraliyalı bəstəkar Li Bradşova məxsusdur. Operada baş rolu ifa edən britaniyalı sənətçi mezzo-soprano Dame Sarah Connolly ərəb dilində mahnı oxumaqdan çox həyəcanlı olduğunu və bu dili öyrənmək üçün aylarla çalışdığını bildirib. Doqquz əsas roldan üçünü beynəlxalq sənətçilərin də olduğu aktyor heyətində Səudiyyə əsilli opera müğənniləri ifa ediblər.
Fatih Sultan Mehmet körpüsü mavi rənglə...
Filippində Kanlaon vulkanı püskürüb...
Egey dənizində 4,9 bal gücündə zəlzələ...
İstanbulda 3,8 bal gücündə zəlzələ baş...
Çin rabitə texnologiyalarını sınamaq...