Rusiyada qızıl mədənində qalan işçilərin xilasedilməsi üçün işlər davam edir
Rusiyanın şərqində qızıl mədənində daş uçması nəticəsində qapalı qalan 13 işçinin xilas edilməsi üçün işlərə başlanılıb. Rusiyanın şərqindəki Amur vilayətinin Zeya qəsəbəsində ölkənin ən böyük qızıl mədənlərindən biri olan “Pioner” mədənində iş zamanı qaya parçası düşüb. Yerli hakimiyyət orqanlarından verilən açıqlamada mədəndə qapalı qalan işçilərlə əlaqə saxlamaq üçün səylərin davam etdiyi bildirilib.
Rusiya Fövqəladə Hallar Nazirliyi Yakutiyadan 25 nəfərlik bir qrupun bölgəyə gəldiyini açıqlayıb. Bildirilib ki, Xabarovsk vilayətindən 13 nəfərdən ibarət qrup helikopterlə bölgəyə göndərilib.Mədən şirkəti hələlik hadisə ilə bağlı açıqlama verməyib.
Osman Həmdi bəyin tablosu Parisdə 571...
Ekspertin çağırışı: "Tsunami Türkiyənin...
Marsın peykləri üçün iki nəzəriyyə:...
Çanaqqalada aparılan qazıntılar zamanı...
Finlandiyada çovğun 70 min evi...