Rusiyada qar əridi, 100-dən çox evi su basdı
Rusiyanın Altay diyarında 127 evi su basıb.
Fövqəladə Hallar Nazirliyinin regional baş idarəsindən verilən məlumata görə, 77 nəfər hazırda müvəqqəti yerləşdirmə mərkəzlərində saxlanılır.
“Hazırda rayonun 37 yaşayış məntəqəsində 923 təsərrüfat sahəsini və 127 evi ərinti suları basıb. Ən ağır vəziyyət Mixaylovski rayonundadır. Burada 46 ev və 364 təsərrüfat sahəsi suyun altında qalıb”, - məlumatda bildirilir.
Qeyd edək ki, bölgədə fövqəladə vəziyyət rejimi tətbiq edilib.
Osman Həmdi bəyin tablosu Parisdə 571...
Ekspertin çağırışı: "Tsunami Türkiyənin...
Marsın peykləri üçün iki nəzəriyyə:...
Çanaqqalada aparılan qazıntılar zamanı...
Finlandiyada çovğun 70 min evi...